Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.
ONA xəbər verir ki, dövlət başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Azərbaycanla Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq. Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən dövlətimizin başçısı bu sahədə yeni addımların atılacağına əminliyini ifadə edib.
Azərbaycan Dəmir Yolları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən Oleq Belozyorov bu ilin birinci rübündə daşımaların həcminin 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirib. Dəmir yolu sahəsində əlaqələrin inkişafına iki dövlət başçısının daim dəstək verməsinin böyük önəm daşıdığını qeyd edən qonaq tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***
11.31
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.
ONA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.