İyunun 9-da Qazaxıstanda keçiləcək prezident seçkiləri ilə bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
ONA-nın məlumatına görə, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
Səfir bildirib ki, məntəqə səhər saat 7:00-dan saat 20:00-a kimi fəaliyyət göstərəcək, Azərbaycanda yaşayan və ya seçki günü Azərbaycanda olan Qazaxıstan vətəndaşları mənətqədə səs verə biləcəklər: "Biz əminik ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri yeni prezident dövründə də dinamik şəkildə inkişaf edəcək".