• SİYASƏT

    11:50 7 yanvar 2024

Prezident seçkilərində təşviqat materialları üçün yerlər müəyyənləşdirilib

Növbədənkənar prezident seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edib və artıq təşviqat materialları üçün yerlər müəyyənləşdirilib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar seçkilər keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR