Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.
ONA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, 6300-dən çox məntəqə var və hər məntəqəyə 13-ə yaxın müşahidəçi düşür.