Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
APA məktublardan bir neçəsini təqdim edir:
Mevlüt Çelikdən, Aydın, Türkiyə
“Hörmətli cənab Prezident.
Mən Türkiyədə yaşayıram. Hər bir ölkə, hətta dünyanın bütün dövlətləri bilir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaqdır.
Hazırda təqaüddəyəm, bəzən hisslərimi şeirlə ifadə edirəm. 1974-cü ildə Türkiyə Kipri müdafiə edəndə “Kıbrıs” adlı bir şeir yazdım və onu o vaxtkı Prezident Rauf Denktaşa, baş nazir Derviş Eroğluna təqdim etdim.
Hər bir insanda, xüsusən Azərbaycan və Türkiyə vətəndaşlarının ürəyində dərin yara açan Xocalı qırğınının ağrı və acısı sağalmamış 2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan torpaqlarına hücum etdi. Xalqlarımız yenidən üzüldü, lakin Azərbaycan öz haqqını döyüşlə, zəfərlə qazandı.
Şəhidlərinizə görə Sizə və Azərbaycan xalqına başsağlığı diləyir, Yaralılara şəfa arzulayıram. Azərbaycan Ordusunun daim müzəffər olması üçün dua edirəm”.
Mehdi Əhmədovdan, Ağcabədi, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.
Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!
Allah Sizi və Azərbaycan xalqını qorusun!”
İsa Hacıyevdən, Füzuli, Azərbaycan
“Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Vətən müharibəsini Qələbə ilə başa vurduğumuz üçün Sizi, xalqımızı və müzəffər Ordumuzu ailəmiz və öz adımdan ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə isə böyük uğurlar arzulayıram. Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi qorusun!”
Hüseynağa Kamilzadədən, İsmayıllı, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizə Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərə görə özümün, ailə üzvlərimin və İsmayıllı rayonu Lahıc qəsəbəsinin ağsaqqalları adından böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.
Noyabrın 8-də Şuşanın alınmasına, 10-da isə qəbul olunmuş bəyannaməyə görə çox sağ olun. Siz əsrlər boyu qalmış problemləri həll etməyi bacardınız və Qarabağı Azərbaycana qaytardınız.
Allah Sizə yar olsun”.
Tamara Nurəliyevadan, Zaqatala, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin yaratdığınız peşəkar Milli Ordumuz 28 il işğal altında olan Qarabağı rəhbərliyiniz altında rəşadətli döyüşlər nəticəsində işğaldan azad etdi. Tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, cənab Prezident. Allah Sizi qorusun. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizin qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatdınız.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”
Telman Əzimovdan, Sabirabad, Azərbaycan
“Hər bir azərbaycanlının əzizi, qarantı olan hörmətli cənab Prezident.
Rəşadətli Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq müasir və dünya dövlətləri arasında öz dəsti xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı.
Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrə yardımların verilməsi, yeni-yeni iş yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi eləcədə fəaliyyətiniz müddətində Azərbaycan Respublikasının İslamı dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, şərq və qərb mədəniyyətinin birgə fəaliyyətinin təşkili, multikultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərinin yaradılması, saymaqla bitib tükənməyən iri miqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət - 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflə yazdıra bildiniz. Siz tarixi dövlətçilik ənənələri olan Azərbaycana son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdınız. İşğal altında olan torpaq-larımızı əsl sahibinə Azərbaycan xalqına qaytara bildiniz. Bu təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həmdə Azərbaycanın, Azərbaycan ordusunun tarixi qələbəsidir. Siz haqqın necə güclü olduğunu və Özünüzün necə bir sərkərdə olduğunuzu bir daha təsdiq etdiniz
Azərbaycan Ordusunun döyüşlərdə silahla döyüşərək düşmən üzərində qələbə qazanmağın səbəbkarı məhz siyasi arenada yorulmaq bilmədən hər kəsin öz dilində döyüşərək onlara öz yerlərini göstərməyə nail olmaqla xalqın qəlbində özünüzə layiqli yerinizi tapmaqla sözü ilə əməli bir olan, hər bir azərbaycanlının Prezidenti olan, özünü xalqın xidmətçisi elan edən, hər zaman xalqın yanında olan mərd-mübariz Azərbaycan oğlu olmağınızdır.
Siz bizə ən xoş günləri, ən xoş arzumuzu Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla bizim məğlubedilməz xalq olduğumuzu bir daha təsdiq etdiniz, Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə və adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan Bayrağının ucaldılması sevincini bizlərə yaşatdınız. Bu qələbənin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi Azərbaycanla döyünən hər kəsə, Azərbaycan sevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız.
Bizə bu haqq işimizdə mənəvi dəstək olan dövlətlərə, xüsusilə də qardaş Türkiyə Respublikasına, bütün dünya türklərinə bir daha minnətdarlıq edirik.
Müzəffər Ali Baş Komandan, qəlbimizdə Sizin haqqınızda bitib tükənməyən xoş arzular o qədərdir ki, hamısı qeyd etmək olmur. Sadəcə olaraq dünyada nə qədər ən gözəl, ən xoş arzular varsa hamısını Sizə və əzizlərinizə arzu edirəm. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Azərbaycanın yeni tarixini yazan cəsur sərkərdə, məharətli diplomat və siyasətçi olmaqla xalqımızı yumruq kimi birləşdirməyi bacardınız.
Siz Azərbaycan xalqının Qəhrəmanısınız. Siz Azərbaycanın ömürlük Prezidenti olmağa layiqsiniz. Bir daha Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”
Ülviyyə Quliyevadan, Füzuli, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Mən bir Milli Qəhrəman bacısı, Füzuli sakini olaraq, Sizə minnətdaram. Çünki 27 il həsrətində olduğumuz o müqəddəs torpaqlarımıza yenidən qayıdacağıq.
Mən müəlliməm, çalışıram ki, Füzuli rayonu 22 nömrəli tam orta məktəbdə dərs dediyim şagirdlərə də bu Qələbənin necə böyük tarixi əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqı üçün nə ifadə etdiyini çatdırım. Öz adımdan və bütün füzulililər adından Sizə və şanlı Ordumuza təşəkkür edirəm.
Eşq olsun Azərbaycan xalqına!
Qarabağ Azərbaycandır!”
Gözəl Xəlilovadan, Xocavənd, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Son günlərdə Sizin komandanlığınız altında Qarabağ torpaqlarının rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması və Qələbə qazanmağımız münasibətilə Sizi təbrik edirəm.
Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanı və igid Ordumuzu qorusun!”
Kamran Muradovdan, Naftalan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Şuşanın azad olunmasını eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi.
Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı sadəcə Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır.
Təşəkkürlər, müzəffər Ali Baş Komandan, təşəkkürlər, müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!”
Ceyhunə Şəfiyevadan, Mingəçevir, Azərbaycan
“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizin ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni rəhbəri olduğum məktəbin pedaqoji kollektivi dəstəkləyir və alqışlayır.
Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik.
Eşq olsun Ali Baş Komandanımıza!
Yaşasın rəşadətli Ordumuz!”
Məmməd Səfadan, Bakı, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi düşmən üzərində möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıram.
Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Ali Baş Komandan olaraq bu gün millətimizin birliyini daha da möhkəmləndirdiniz. Bu müqəddəs yolda canlarını fəda edən igid oğullarımıza Allahdan rəhmət diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var.
Yaşasın Azərbaycan xalqı, müzəffər Ordumuz və Ali Baş Komandanımız!”