• SİYASƏT

    15:44 23 aprel 2020

Prezidentə yazırlar: "Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq"

Azərbaycan Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

ONA məktublardan bir neçəsini diqqətə çatdırır:

“Hörmətli Prezident, cənab İlham Əliyev.

Bəşəriyyətin üzləşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik.

Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq.

Hər zaman belə uca olasınız, cənab Prezident!

Kənd sakinləri adından hörmətlə,

Həziyev Oqtay, 1-ci dərəcəli “Əmək” ordenli.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi”.

“Əziz Prezidentimiz.

Dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq öz adımdan və 8 övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə can sağlığı versin və bu bəladan xalqımızı qorusun.

Dərin hörmətlə,

Əliyeva Sifeyrə Böyükağa qızı

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Nərimankənd kəndi”.

“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin.

Hörmətlə,

Laçın rayonundan məcburi köçkünlər

Şahverdiyev Süleyman Səməd oğlu

Əhmədov Sənani İzzət oğlu

Fərzəliyev Nüsrət Məhərrəm oğlu

Kərimov Mirzə Qənbər oğlu

İbrahimov Ədalət Kərim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

“Hörmətli cənab Prezident.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən, pandemiyadan zərər görən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də inanırıq ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyiniz ilə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək.

Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Sultanov Zahid Adil oğlu

Azərbaycan Respublikası, Ağstafa rayonu”.

“Çox hörmətli Möhtərəm Prezident.

Xəzər rayonunun bütün ağsaqqalları və sakinləri Sizin apardığınız daxili və xarici siyasəti daima dəstəkləyirlər. Hazırda dünyanın əksər ölkələrini bürüyən koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçməmişdir. Sizin rəhbərliyinizlə vaxtında aparılan qabaqlayıcı profilaktik tədbirlər respublikada xəstəliyin insanlar arasında kütləvi şəkildə yayılmasının qarşısını almışdır. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyinə yönəldilmişdir. Eyni zamanda, yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilərək vətəndaşların sosial vəziyyəti da nəzərə alınmışdır. Bu çətin günlərdə qəbul edilmiş bütün qayda-qanunlar hər bir şəxs tərəfindən icra edilərsə, xəstəlik bəlası bizdən yan keçər. Sizin Sərəncam və qərarlarınızı biz ağsaqqallar dəstəkləyirik və hər bir kəsi o qaydalara riayət etməyə çağırırıq. Bu işlərə görə biz Sizə çox minnətdarıq. Biz əminik ki, həmişə olduğu kimi, xalqımız Prezidentimizin rəhbərliyi altında bu gözə görünməz düşmən üzərində qələbə çalacaqdır.

Möhtərəm cənab Prezident. Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, işinizdə yeni uğurlar, xalqımıza firavan həyat diləyirəm. Tanrı Sizi qorusun.

Böyük hörmət və ehtiram hissi ilə,

Xəzər rayon ağsaqqallar şurasının üzvü, təqaüdçü Altay Böyükağa oğlu Mansurov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi”.

“Əziz və hörmətli Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasına qarşı respublikamızda Sizin tərəfinizdən həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizin bütün əhalisi tərəfindən çox böyük razılıqla qarşılanır. Məhz Sizin məqsədyönlü tədbirləriniz nəticəsində xalqımız bu bəladan uğurla qorunur. Sevinirik ki, vətənimiz Azərbaycan hazırda bu pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır, onun sağlamlığı dövlət başçısı üçün ən prioritet məsələdir.

Sizin tərəfinizdən biz həkimlərin fədakar əməyinə verdiyiniz yüksək qiymət, atdığınız sosialyönümlü addımlar ziyalılar, tibb işçiləri və bütün əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanır. Sizin bu qətiyyətli addımlarınız xalqımızın ağır fəsadlar törədə biləcək pandemiyadan tezliklə və az itkilərlə çıxacağına böyük əminlik yaradır.

Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir. Siz buna layiqsiniz. Siz, sözün həqiqi mənasında, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz ziyalılar Sizin ən yaxın silahdaşınız, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, Sizin qətiyyətli addımlarınız tezliklə öz bəhrəsini verəcək, xalqımız bu böyük bəladan da uğurla çıxacaqdır.

Səhiyyə sahəsində uzun illər çalışan bir insan kimi şəxsən öz adımdan və bütün ailə üzvlərimin adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy, Uca Tanrı xalqımızın rifahı naminə daim Sizi qorusun.

Hörmətlə,

Məmmədov Fail Zöhrab oğlu, Əməkdar həkim.

Azərbaycan Respublikası, Biləsuvar rayonu”.

“Əziz Prezidentimiz.

Vətənimizin Sizin birbaşa adınız və fəaliyyətiniz ilə bağlı olan şanlı tarixi illəri ərzində Azərbaycan xalqının möhtəşəm yüksəlişi və inkişafı Sizin üçün həmişə başlıca amal və müqəddəs bir vəzifə olub. Bu gün zaman bəşəriyyəti və onun bir parçası olan Azərbaycan xalqını koronavirus xəstəliyi ilə sınağa çəkərkən bizim hər birimiz bir daha bu həqiqətin şahidi oluruq. Bütün dini kitablarda günahsız bir insanı ölümdən qurtarmaq müqəddəs və təqdir olunan əməl sayılır. Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkhaqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bütün bunlar Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinizin tam mənası ilə sübutudur.

Möhtərəm Prezidentimiz, biz – Xəzər rayonunun ziyalıları, habelə rayonumuzun qədirbilən və Siz çox sevən sakinləri həmişə olduğu kimi, bu çətin günlərdə də Azərbaycanımız yolunda atdığınız bütün addımları rəğbətlə qarşılayır, xəlqi mahiyyət daşıyan bu işlərdə Sizləri dəstəkləyirik. Hər şeyə görə minnətdarıq. Var olun, sağ olun.

Hörmətlə,

Səlimov Təvəkkül, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu”.

“Hörmətli cənab Prezident.

Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvənir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Sizsiniz. Hər zaman “İlhamla irəli”yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun.

Dərin hörmətlə,

Əsədli Nərgiz

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi”.

“Möhtərəm cənab Prezident.

Sizə və Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də bütün Şəki sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Bu gün bütün dünya məlum dəhşətli pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdə bu pandemiya səbəbi ilə minlərlə ölüm qeydə alınır. Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz sayəsində hələ heç bir yoluxma halı qeydə alınmamış bu virusun qarşısını almaq məqsədi ilə yüksək təhlükəsizlik tədbirləri görüldü, xüsusi karantin rejimi tətbiq edildi. Məhz Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda bu virusa yoluxma və ölüm sayı, şükürlər olsun ki, çox azdır.

Möhtərəm Prezident, Siz xalqın rifahını, sağlamlığını qorumaq məqsədi ilə müxtəlif göstərişlər verdiniz. Bütün bunlara görə biz Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

"Tərəqqi" medalına layiq görülmüş Rəsulova Zəminə

Azərbaycan Respublikası, Şəki şəhəri”.

“Əziz Prezidentimiz.

Koronavirusla mübarizədə xalqımızı qorumaq üçün gördüyünüz səmərəli qabaqlayıcı tədbirləri alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik.

Çox sağ olun ki, bu çətin günlərdə xalqa dəstək olursunuz. Aztəminatlı ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar yeni sosial paketin təsdiq edilməsi təqdirəlayiqdir. Siz bununla bir çox işsiz ailənin evində ocağın alovlanmasına, qazanın qaynamasına, bir sözlə, onların xoş güzəranına səbəb oldunuz.

Sizə və ailənizə daim xoş günlər, evinizə bol ruzi-bərəkət arzulayırıq. Ulu Tanrı Sizi daim var eləsin, cənab Prezident!

Hörmətlə,

Səmədova Roza Ənvər qızı

Qəniyev Elnur Asif oğlu

Quliyev Vahid Cavanşir oğlu

Həsənli Musa Qulaməli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.

“Hörmətli cənab Prezident.

Sizin sayənizdə xalqımızın təhlükəsizliyi və yaşayış səviyyəsi yüksək səviyyədədir. Hansı bəla gəlsə də, xalqımız yenə də Sizin sayənizdə rahat günlərini yaşayır.

Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı əvvəlcədən qəbul etdiyiniz qərarlara görə itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəmizdə bu sahədə əldə olunan müsbət nəticələrinə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qurbanov Qəzənfər Novruz oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kəndi”.

“Hörmətli cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı.

Möhtərəm cənab Prezident, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik.

Cənab Prezident, Sizə dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Dərin hörmətlə,

Hümbətov Əli İmran oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

“Hörmətli cənab Prezident.

Koronavirusun dünyanı bürüdüyü bir zamanda Allahdan Sizə və xalqımıza səbir diləyir, tezliklə bu virusun aradan qalxmasını arzulayıram. Dualarımız daim Sizinlədir. Belə bir çətin zamanda xalqımızın yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz qaydalara əməl edərək evdə qalmağın bəhrəsini tez bir zamanda görəcəyik. Artıq əldə edilən nəticələr də ümidvericidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Qasımov Orxan Ağamalı oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi”.

“Zati-aliləri möhtərəm cənab Prezident.

Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVİD-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərə çarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və millətimizin rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq Lidersiniz. Allah ümummilli liderimiz dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır – “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident. Bu gün mən azərbaycanlı olmaqla yanaşı fəxarət hissi keçirdirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin.

Hörmətlə,

Məmmədov Qəhrəman Fəqani oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

“Əziz Prezidentimiz.

Dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. “Taclı virus” adlandırılan COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmdarlıq etdiyi halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır.

Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun.

Hörmətlə,

İsmayılova Çinarə Vidadi qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi”.

“Möhtərəm cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradılıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Vaxtında həyata keçirilən sosial təcrid və preventiv tədbirlər baş verə biləcək fəlakətin qarşısını alaraq pandemiyanın geniş vüsət almasını önlədi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Dünyanın inkişaf etmiş dövlətlərinə örnək olacaq bu addımlarınız xalq tərəfindən yüksək qiymətləndirilir. Bir daha müstəqil Azərbaycanımız naminə gördüyünüz mühüm işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Hüseynov İmadəddin Təvəkkül oğlu

“Bakı Telefon Rabitəsi” MMC-nin mühəndisi

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu”.

“Hörmətli cənab Prezidentimiz.

Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı.

“Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi.

Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun.

Hörmətlə,

Şadlinski Vüqar Yunis oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu”.

“Çox hörmətli və əziz Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin təcrübəsindən yararlanan müdrik dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir.

Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır.

Dərin hörmətlə,

Nurəliyev Xəlil İsa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

“Kəmalə Xəlilova və başqalarından, Samux, Azərbaycan

Hörmətli cənab Prezidentimiz.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz indiyədək xalqımızın yaxşı yaşaması naminə gördüyünüz işlərdə öz təsdiqini tapıb. Bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Ümumbəşəri bəla olan koronavirusun qarşısında dünyanın ən inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda Siz xalqımızı epidemiyanın ağır nəticələrindən qoruyursunuz.

Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum nail olursunuz. İnşallah, bu çətin günlər də geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz samuxlular əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun.

Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun.

Hörmətlə,

Xəlilova Kəmalə

Orucova Bəsti

Həsənova İradə.

Azərbaycan Respublikası, Samux rayonu”.

“Hörmətli cənab Prezidentimiz.

Mən Qalaqayın kəndinin 65 yaşlı sakiniyəm, 3 övladım, 6 nəvəm var. Ulu öndərimiz Heydər Əliyevinin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik.

Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır.

Hörmətlə,

Novruzova Səlminaz Hafiz qızı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qalağayın kəndi”.

“Hörmətli cənab Prezident.

Siz bu ağır günlərdə istirahət demədən, gecə-gündüz demədən çalışaraq vətəndaşların qayığısa qalırsınız, onlara hərtərəfli kömək göstərirsiniz. Sizi daim yanında hiss edən qədirbilən xalqımız Sizi ən yaxın dostu hesab edir. Mən də bu ölkənin bir vətəndaşı kimi, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanın səfərbər olduğu koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirlər, o cümlədən, yeni xəstəxanaların tikilməsi, əhaliyə edilən güzəştlər, maddi təminatlar, humanitar yardımlar Sizin xalqımıza dayaq olduğunuzu göstərir. Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir və bizi əmin edir ki, çox keçməz, Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu mübarizədən birlikdə üzüağ çıxacağıq.

Cənab Prezident, pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Qayıbzadə İlham Yusif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Möhtərəm cənab Prezident.

Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin.

Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır.

Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Sahibkar Qurbanxan Dəmirov

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

“Hörmətli cənab Prezident.

Mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm.

Dərin hörmətlə,

Balagözova Aytac Fəxrəddin qızı

Azərbaycan Respublikası, Balakən rayonu”.

“Hörmətli cənab Prezident.

Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, inamla irəliləyərək dünya ölkələri sırasında öz layiqli yerini tutur. Ölkə vətəndaşları onlara yüksək diqqət və qayğı ilə yanaşılmasından, böyük dəyər verilməsindən çox razıdırlar. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən tələbələrin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması istiqamətində tədbirlərin görülməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması Sizin əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyiniz yüksək dəyərin bariz nümunəsidir.

Əziz Prezidentimiz, gördüyünüz bütün işlərə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı çatdırıram. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə, Şirəliyev Müseyib Vaqif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu”.

“Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.

Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. “El bir olsa dağ oynadar yerindən”, biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Saatlı rayonu, Günəşli kəndində yaşayan Axıska türkləri adından

Rəhimova Nurgözəl Fazil qızı

Azərbaycan Respublikası, Saatlı rayonu, Günəşli kəndi”.

“Möhtərəm Prezident.

Sizin rəhbərliyiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində respublikamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.

Ötən ilin ilk aylarında təşəbbüsünüz və tapşırığınızla hazırlanıb reallaşdırılmış iki möhtəşəm sosial paket xalqın rifah halının yüksəldilməsi sahəsində atılmış inqilabi addımlar idi. Həmin paketlər yüz minlərlə vətəndaşımızın sosial imkanlarını dəfələrlə artırdı. Ölkəmiz 2020-ci ilə də uğurla start götürmüşdür. Sizin yürütdüyünüz mütərəqqi iqtisadi siyasət nəticəsində yanvar-fevral aylarında ümumi daxili məhsul təxminən 3 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım xeyli çox - 7 faizə yaxın olmuşdur. Mart ayında iqtisadiyyatımızın daha çox artımı üçün müsbət şərait yaradılmışdı. Çində meydana gəlmiş, dünya iqtisadiyyatı üçün problemə çevrilmiş koronavirus Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərdi. Mənfi təsirlərə baxmayaraq, ilk üç ayın yekunlarına əsasən, bütövlükdə ümumi daxili məhsulda 1,1 faiz artım qeydə alınmışdır. Dünyanın əksər dövlətlərinin iqtisadi artım deyil, iqtisadi tənəzzüldən xilas olmaq uğrunda çarpışdığı bir zamanda bu, böyük nailiyyətdir.

Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün 150-dən çox ölkə müraciət etmişdir. Yardım istəyənlər arasında inkişaf etmiş ölkələr də kifayət qədərdir. Azərbaycanın adının bu siyahıda olmaması Sizin iqtisadiyyatımıza göstərdiyiniz daimi diqqətinizin parlaq ifadəsidir. Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi.

Koronavirusla mübarizə paketi üçün 2,5 milyard vəsait ayrıldı. Bu məqsədlə ilin sonuna qədər daha 150 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulur. İlin birinci rübündə 2,3 milyon Azərbaycan vətəndaşına 1,5 milyard manat məbləğində sosial ödəniş həyata keçirilib.

Sizin Sərəncamınızla yaradılmış işçi qrupunun səyləri nəticəsində 910 min insanın məşğulluğu tam şəkildə təmin edildi. Sizin tapşırıqlara uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib. Yanvar ayı ilə müqayisədə bu artım 80 minə bərabər olub. Bu da işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

Həmkarlar ittifaqları olaraq bizim əsas məqsədlərimiz ilə uzlaşan qərarlarınız ölkə vətəndaşları ilə yanaşı, həmkarlar ittifaqı üzvlərimizin də sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına təkan vermişdir. Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılanmışdır. Bu gün Siz də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun Prezidentinin hər zaman xalqın yanında olması deməkdir.

İlkin mərhələdə 200 min insan dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdı. Sizin tapşırığınıza uyğun olaraq bu rəqəm 600 minə qaldırıldı. Burada da Sizin məqsədiniz insanların sosial müdafiəsini gücləndirmək olmuşdur.

Möhtərəm cənab Prezident, koronavirusla mübarizə ilə bağlı karantin rejiminin tətbiq olunması sözsüz ki, iqtisadiyyatın bir çox sahələrinin iş fəaliyyətinə öz təsirini göstərmişdir. Burada yaşana biləcək bütün problemləri nəzərə alaraq, Siz qəti şəkildə sahibkarlara işçilərin işdən azad olunmaması, əməkhaqlarının saxlanılması, ixtisarlara yol verilməməsi barədə göstərişlər verdiniz. Bu isə həmkarlar ittifaqlarının, onun siravi üzvlərinin ürəyindən irəli gələn tapşırıqlar idi.

90 min ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı göstərişiniz, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi, elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətinə artırılması, aztəminatlı ailələrdən olan 17 min tələbənin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, koronavirusla bağlı bir çox məhbusun əfv edilməsi, sahibkarlara vergi güzəştlərinin nəzərdə tutulması, maliyyə dəstəyinin göstərilməsi, hər bir vətəndaşın mənafeyinə cavab verən düşünülmüş, vaxtında atılmış qətiyyətli addımlardır. Bu addımlar hər bir həmkarlar ittifaqı üzvləri tərəfindən rəğbətlə və minnətdarlıqla qarşılanır. Çətin günlərdə hər zaman xalqın yanında olan dövlətimizə və Sizə, möhtərəm Prezident, üzvlərimizin təşəkkürlərini və minnətdarlıqlarını çatdırırıq.

Möhtərəm cənab Prezident, işləyən əhalinin nümayəndəsi, təmsilçisi, 1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları Sizin xalqımızın sağlamlığı və rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, hər zaman yanınızda olduğunu bəyan edir.

Hörmətlə,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR