Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu ölkəsinin Müstəqillik Günü münasibəti ilə təbrik edib.
ONA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Yunanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prokopis Pavlopulosu və yunan xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.