• SİYASƏT

    15:15 16 iyul 2020

Prezidentin köməkçisi: "Azərbaycan torpaqlarını azad etmək üçün istənilən an istənilən tədbirləri görməyə hazırdır"

“Lazım olan anda təmas xəttində bütün istiqamətlərdə düşmənin təxribatlarına cavab verilir. Dövlət başçısı dünən çıxışında bu məsələlərə ətraflı toxundu”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində təxribatına Dağlıq Qarabağ istiqamətində nə üçün cavab verilməməsi ilə bağlı sualını cavablandırarkən bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan torpaqlarını azad etmək üçün istənilən an istənilən tədbirləri görməyə hazırdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR