• SİYASƏT

    13:42 20 avqust 2021

Prezidentin köməkçisi: “Bu gün xüsusi karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur”

“Bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu vəziyyət həkimləri də yorub.

“Həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmayıb. Amma bu gün bu xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsək ki, xəstəxanalar xəstə ilə dolur, növbəti addımların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin də təhlükəsiz olması haqda kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. Peyvəndləməyə elmi işlərə, məqalələrə əsaslanaraq başlamışdıq. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsdə şübhə doğurmamalıdır. Bu gün COVID-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır”, - deyə Ş. Mövsümov vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR