Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri dözülməzdir”, - deyə H. Hacıyev vurğulayıb.