• SİYASƏT

    14:43 2 dekabr 2021

Prezidentin köməkçisi: “Ermənistanla sərhəddə vəziyyət sabitdir”

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfdən sərhəddə vəziyyətin gərgin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın hərbi qulluqçuları ölkənin suveren ərazilərində xidmətlərini yerinə yetirirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR