• SİYASƏT

    10:44 21 oktyabr 2020

Prezidentin köməkçisi: “Serj Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın Böyük Britaniyanın Independent nəşrində yayımlanan müsahibəsindəki fikirlərə cavab verib.

APA-nın xəbərinə görə, H. Hacıyev özünün “Twitter” hesabında bildirib ki, S. Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir.

"O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”, - deyə H. Hacıyev vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR