• SİYASƏT

    12:35 18 mart 2022

Prezidentin köməkçisi: “Şuşa diplomatik mərkəz rolunda çıxış edir”

“Azərbaycanla BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı Azərbaycanın mədəni paytaxtı olan Şuşa şəhərində qeyd olunur”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Azərbaycan 1992-ci ilin mart ayında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistandan tərəfindən işğal olunub: “Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib. Amma Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində digər şəhərlərimiz, digər ərazilərimiz kimi Şuşa da azad edildi. Bu gün Şuşa Azərbaycanın mədəni paytaxtı olmaqla bərabər qarşıdan gələn dövr ərzində BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik bir mərkəz rolunda çıxış edir. Bunun böyük siyasi, diplomatik, eyni zamanda rəmzi mənası var”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR