Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Putin bu barədə Astanada MDB dövlət başçıları Şurasının iclasında bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib ki, Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır.