• SİYASƏT

    18:47 18 noyabr 2021

Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirib

“Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərdi”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

Rusiya lideri qeyd edib ki, sabitliyi təmin etmək, atəşkəs rejiminin və dinc sakinlərin təhlükəsizliyinin zəmanətçisi kimi Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Onun sözlərinə görə, şübhəsiz Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində Rusiya diplomatiyasının rolu artır.

V. Putin xatırladıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb: “Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil. Həqiqətən, Rusiya daxil olmaqla regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR