Qazaxıstan Xəzər dənizində insidentlərin qarşısının alınmasına dair razılaşmanı ratifikasiya edib.
ONA-nın məlumatına görə, bu barədə TASS ölkə parlamentinin mətbuat xidmətinə istinadən yazıb.
Razılaşma ötən il avqustun 18-də Aktauda imzalanıb. Razılaşma Xəzər dənizində, ərazi sularından kənarda və Xəzər dənizi üzərindəki hava məkanında hərbi və hava gəmilərinin hərəkəti ilə bağlıdır və bu fəaliyyətlərin ölkələrin suverenliyinə və müstəsna hüquqlarına xələl gətirmədən həyata keçirilməsinin vacibliyi vurğulanır.