Azərbaycanın nümayəndə heyəti iyunun 9-da Qazaxıstanda keçiləcək prezident seçkilərini müşahidə edəcək.
ONA-nın məlumatına görə, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti seçkiləri həm Milli Məclisin, həm Mərkəzi Seçki Komissiyasının, həm də beynəlxalq təşkilatların müşahidə qrupları çərçivəsində izləyəcək: "Ümumilikdə səsverməni Azərbaycandan 40 müşahidəçi izləyəcək".