• SİYASƏT

    17:19 23 may 2019

Qazaxıstanda XVI Avrasiya Media Forumu keçirilir

Qazaxıstanın Almatı şəhərində XVI Avrasiya Media Forumu başlayıb.

ONA-nın xəbərinə görə, forumun Təşkilat Komitəsinin rəhbəri Qazaxıstan Parlamenti Senatının sədri Dariqa Nazarbayevadır.

Forum çərçivəsində dünya siyasətinin və jurnalistikasının bir sıra problemləri müzakirə olunacaq.

İki gün davam edəcək tədbirdə Azərbaycanı JTI şirkətinin dəstəyi ilə Musavat.com saytının rəhbəri Xalid Kazımlı və ONA İnformasiya Agentliyinin baş redaktoru Cavid İsmayıl təmsil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR