• SİYASƏT

    14:03 17 may 2019

Qənirə Paşayeva: "İnsanlarımız həmin abidəyə Keşikçidağ abidəsi deməlidir, David Qareci kilsəsi yox"

Bu gün Milli Məclisin plenar iclasında son dövrlər Gürcüstanda haqqında iddialar səsləndirilən Keşikçidağ abidəsi ilə bağlı məsələyə etiraz bildirilib.

ONA-nın məlumatına görə, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib ki, Azərbaycan üçün də Tiflisdəki, Borçalıdakı tarixi abidələr əzizdir.

O bildirib ki, Azərbaycan həmişə həssas davranır: “Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub, ərazimizdə yerləşib. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi deyil”.

Millət vəkili Nəsib Məhməliyev Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb: “Bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR