Yevlax və Xaçmaz rayonlarına yeni İH başçısı təyin olunub
  • SİYASƏT

  • 15:58 31 Oktyabr 2019

Yevlax və Xaçmaz rayonlarına yeni İH başçısı təyin olunub

Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ONA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Dövlət başçısı Xaçmaz rayonuna yeni icra başçısı təyin olunması haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

OXŞAR XƏBƏRLƏR