Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Venesuelanın paytaxtı Karakasda keçirilən konfransında iyulun 21-də qəbul edilən yekun bəyannaməsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək bir daha vurğulanıb.
ONA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva rəsmi “Twitter” hesabında qeyd edib.
Bəyannamə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər üzərində danışıqlar yolu ilə həll edilməsini təşviq edir.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü 18-21 iyulda Karakasda keçirilib.