• SİYASƏT

    13:55 17 may 2019

Qüdrət Həsənquliyev “Formula-1” yarışlarının Naxçıvanda keçirilməsini təklif edib

“Formula Qran-Pri yarışları Naxçıvanda keçirilə bilər”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildiirb.

O deyib ki, Bakıda, tarixi abidələrin olduğu ərazilərdə belə yarışların keçirilməsi düzgün deyil: “Həmin tarixi abidəyə zərər dəysə, kim cavab verəcək? Ümumiyyətlə, Bakı kimi meqapolisdə belə yarışların keçirilməsi düzgün deyil, vətəndaşlarımız əziyyət çəkir. Mən Naxçıvan şəhərində keçirilməsini təklif edirəm, sıxlığın az olduğu şəhərdir. Başqası Gəncədə keçirilməsini təklif edə bilər. Ancaq Bakıda bu yarışı keçirməklə Azərbaycanı tanıtmaq naminə vətəndaşlarımızın əziyyət çəkməsinə imkan verməməliyik”.

Qeyd edək ki, Q. Həsənquliyev bu yaxınlarda BAXCP mətbuat xidmətinə müsahibəsində də eyni təklifi səsləndirmişdi.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR