• SİYASƏT

    21:25 11 mart 2020

Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR