Milli Şuranın bu gün keçirilən razılaşdırılmamış aksiyasında saxlanılanların əksəriyyəti sərbəst buraxılıb.
APA-nın məlumatına görə, sərbəst buraxılanlar arasında AXCP sədri Əli Kərimli, onun sabiq müavini Fuad Qəhrəmanlı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və digərləri də var. Saxlanılan şəxslərin izahatları alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıblar.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış iştirakçılar arasında olan AXCP sədri Əli Kərimli barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib. Nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb. Ə.Kərimli Daxili İşlər Nazirliyinin hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib, izahatı alındıqdan sonra buraxılıb.