Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir: “29 il əvvəl Xocalıda amansız şəkildə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm...
İllər keçsə də, ağrı-acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən vəhşicəsinə qətlə yetirilən 613 Azərbaycanlı qardaş-bacımızı rəhmətlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.
Türkiyə haqlı mübarizəsindən Azərbaycanın yanında olmağa davam edəcək".