• SİYASƏT

    10:50 12 sentyabr 2023

Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili Xankəndiyə çatıb, yüklər boşaldılır

"Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır".

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev deyib.

"Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanımız olacaq və bu barədə ətraflı məlumat veriləcək. Bizim yüklərimiz hələlik buradadır. Hər hansı bir yenilik olsa, məlumat verəcəyik. Növbəti humanitar yardımlara gəlincə, əvvəllər də qeyd etmişdik ki, biz yerli şəraiti bilmirik, erməni əsilli sakinlərin nələrə ehtiyaclarının olduğu haqda məlumatımız yoxdur. Yəni bu barədə müvafiq qiymətləndirmədən sonra planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun qura bilirik. Öncə ehtiyaclar müəyyənləşdirilməlidir. Ehtiyaclar müəyyənləşəndən sonra istiqamətlərə uyğun addım atılmalıdır", AzQAC baş katibi bildirib.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postundan keçərək Xankəndinə gedib.

Xatırladaq ki, yük avtomobilinin keçidi üç gündür gecikdirilirdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR