İraqın paytaxtı Bağdadda yerləşən həbsxanalarda azərbaycanlı qadınlar saxlanılır. ONA xəbər verir ki, bu sözləri Rusiyanın İraqdakı səfiri Maksim Maksimov RİA Novosti-yə açıqlamasında deyib. O bildirib ki, bu gün Bağdad həbsxanalarında 64 rusiyalı qadın və 58 uşaq var. Səfirin sözlərinə görə, onların ölkədən çıxarılması bir sıra sənədləşmə prosesindən sonra bir neçə ay ərzində mümkün ola bilər. Maksim Maksimov qeyd edib ki, ruslarla yanaşı həbsxanalarda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan qadınlar da var.