• SİYASƏT

    17:15 2 aprel 2020

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirib

Rusiya Xarici işlər Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən insidentə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan mediasının guya Azərbaycan Silahlı Qüvvələrinin Tavuş vilayətini atəşə tutması və nəticədə hərbçi və dinc sakinin, azyaşlının yaralanması ilə bağlı suala cavab verib.

“Alınan məlumatlara görə, sərhəddə atəşkəsin pozulması halları davam edir. Bununla yanaşı mülki obyektlər hədəf alınır, nəqliyyat vasitələri atəşə tutulur. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, obyektiv şərait yaranan kimi yenidən danışıqlar masasına oturmağa çağırırıq”, - deyə o qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR