Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək.
M. Zaxarova qeyd edib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistana gedəcək.