• SİYASƏT

    13:07 7 may 2019

Rusiya XİN: Azərbaycanda neonasizm, rasizm, irqi ayrı-seçkilik və ksenofobiyanın təzahürü mövcud deyil

“Azərbaycan Respublikası sovet xalqının nasizm üzərində qələbədə rolunun tarixi xatirəsinin qorunub saxlanılması məsələsində, İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı mübarizədə Rusiya ilə ortaq yanaşma sərgiləyir.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı məruzəsində qeyd olunub.

Bildirilib ki, 2018-ci ildə Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnaməsinə dəstəklənməsinə səs verib.

Azərbaycanda praktiki olaraq neonasizm, rasizm, irqi ayrı-seçkilik və ksenofobiyanın təzahürü mövcud deyil. Azərbaycan Respublikasının rəhbərliyi öz ölkəsinin mövqeyini müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerant şəkildə yaşadığı dövlət kimi möhkəmləndirir.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, milli, irqi və ya dini nifrət səbəbi ilə törədilən cinayətlərə cəza tətbiq edilən zaman ağırlaşdırıcı hal kimi baxılır. Cinayət Məcəlləsində milli, etnik, irqi və ya dini qrupları tam və ya hissə şəklində öldürməklə, məhv etməklə bağlı cəzanın əks olunduğu maddələr də öz əksini tapıb", -deyə Rusiya XİN-in məruzəsində qeyd olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR