• SİYASƏT

    15:37 17 mart 2022

Rusiya XİN Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir

“Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar işə başlaması hazırlığını alqışlayırıq".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərmək niyyətini bir daha təsdiqləyib. “O ki, qaldı sülh sazişinin nə vaxt imzalanacağına, bu mövzudan nəsə danışmaq hələ tezdir. Biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq. Əlbəttə ki, tərəfləri özləri öz aralarında bütün məsələləri həll edəcəklər. Bizim tərəfimizdən Azərbaycan və Ermənistana hər yardım və kömək göstəriləcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR