Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Qeyd olunan səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Hesab edirik ki, rusiyalı sülhməramlıların 2020-ci il 9 noyabr bəyanatının şərtlərinə zidd hərəkət etməsi barədə verilən açıqlama həqiqətə uyğun deyil. Ümid edirik ki, istər Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında, istərsə də Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəf regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcək”, - Zaxarova Ermənistan parlamentinin deputatlarının Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərasizinə buraxılmamasına dair sualı cavablandırarkən deyib.