• SİYASƏT

    13:42 17 may 2019

Rusiya XİN-in Azərbaycanla əlaqələrə cavabdeh departamentinin rəhbəri dəyişib

Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü MDB Departamentinin rəhbəri dəyişib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan, Ermənistan və Gürcüstanla əlaqələrə cavabdeh olan departamentin direktoru vəzifəsinə Denis Vladimiroviç Qonçar təyin olunub.

46 yaşlı Denis Qonçar Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında və xaricdəki nümayənəliklərində müxtəlif vəzifələrdə çalışıb. O, 2007-2011-ci illərdə Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəliyində müşavir, 2011-2018-ci illərdə Rusiyanın ABŞ-dakı səfirliyində müşavir-elçi vəzifəsini tutub. Hətta bir müddət Rusiyanın ABŞ-dakı səfirinin səlahiyyətlərini müvəqqəti icra edib.

Qeyd edək ki, 2011-2019-cu illərdə Rusiya XİN-in Dördüncü MDB Departamentinə Aleksey Pavlovski rəhbərlik edib. Bir müddət öncə Rusiya prezidenti Vladimir Putinin müvafiq sərəncamı ilə Aleksey Pavlovski Rusiya Federasiyasının Avstraliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR