• SİYASƏT

    10:07 4 sentyabr 2020

Rusiyadakı səfirliyimiz “Nezavisimaya qazeta”da Azərbaycan əleyhinə yayılan məqalə ilə bağlı məlumat yayıb

Azərbaycanın Rusiyadakı səfirliyi “Nezavisimaya qazeta”da Azərbaycan əleyhinə yayılan məqalə ilə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qəzetin şərhçisi Vladimir Muxinin guya suriyalı döyüşçülərin Azərbaycanda Ermənistana qarşı müharibəyə hazırlaşdığı barədə yalan fikirlərlə dolu məqaləsi ilə bağlı “Nezavisimaya qazeta”da səfirliyin mətbuat xidmətinin məlumatı dərc olunub .

Məlumatda bildirilib ki, məlum məqalənin məzmunu bir tərəfə qalsın, başlığı Azərbaycan cəmiyyətində mənfi rezonans doğurub: “Məqalə ilə tanış olduqda onun siyasi cəhətdən səhv və qərəzli olduğu görünür. Fikrimizcə, bu məqalə hazırlanan zaman əxlaqsız priyomlardan istifadə olunub, yeganə məqsəd oxucunu yanıltmaqdır. Hesab edirik ki, təqdim olunan material ehtimal və fərziyyələrə söykənir, hər hansı bir faktoloji əsası yoxdur. Eləcə də məqalədə bu yaxınlarda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilmə faktını xarici hərbi bazanın ölkədə yerləşdirilməsi üçün əsas kimi təqdim etmək cəhdini görmək olar”.

Qeyd olunub ki, Azərbaycanın Müdafiə Nazirliyi rəsmi bəyanatla çıxış edərək ölkəyə suriyalı döyüşçülərin yerləşdirilməsi ilə bağlı məlumatı qətiyyətə təkzib ediblər. Azərbaycan XİN də oxşar bəyanatla çıxış edib. Həmin bəyanatda məlum məqalənin böhtan və dezinformasiya xarakteri daşıdığı, Azərbaycana qarşı çirkin kampaniyanın təzahürü olduğu vurğulanıb .

”Xüsusilə qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Rusiya münasibətlərinin yüksək səviyyəsi və ikitərəfli əməkdaşlığın mövcud potensialı beynəlxalq və regional gündəmdə duran bütün mürəkkəb məsələləri həll etməyə imkan verir, - deyə Azərbaycan səfirliyinin məlumatında bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR