• SİYASƏT

    21:35 14 aprel 2019

Rusiyalı senator: "Rusiya və Azərbaycan əməkdaşlığının gələcək inkişafı ölkələrimizə böyük xeyir gətirəcək"

Rusiya-Azərbaycan münasibətlərinin yaxşı perspektivləri var.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədr müavini Andrey Turçak bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin yekunları ilə bağlı danışan rusiyalı senator Rusiya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda məhsuldar parlamentlərarası əməkdaşlıq hökm sürdüyünü qeyd edib.

"Azərbaycan Respublikası Cənubi Qafqazın əsas açar ölkələrindən biridir və bizi çoxlu iqtisadi, tarixi və mədəni əlaqələr birləşdirir. Bu əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlər var. Azərbaycanlı həmkarlarımızla uzun illərdir ki, sıx əməkdaşlıq edirik. Xatırladım ki, 2001-ci ildə Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycanın Milli Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu gün bu Sazişə uyğun olaraq ölkələrimizin parlamentlərinin əməkdaşlığı ilə bağlı Parlamentlərarası Komissiya fəaliyyət göstərir. Biz daimi əsasda regionlararası və beynəlxalq səviyyələrdə siyasi, iqtisadi və humanitar sahələrdə iş aparırıq", - deyə A.Turçak vurğulayıb.

Rusiyalı senator Moskva və Bakı arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda, o cümlədən MDB ölkələri Parlamentlərarası Assambleya və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində daimi əməkdaşlıq mövcud olduğunu söyləyib:

"Biz bu əməkdaşlığın konkret nəticələrini görürük. Əminik ki, Rusiya və Azərbaycan arasında olan əməkdaşlığın gələcək inkişafı ölkələrimizə böyük xeyir gətirəcək".

Fərid Əkbərov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR