• SİYASƏT

    11:52 29 may 2019

Rusiyalı tarixçi Avropanı Ermənistandakı nasizmə qarşı birgə mübarizə aparmağa çağırıb

“Erməni legion”unun yaradıcısı və rəhbəri Qaregin Njdeyə Ermənistan hakimiyyəti İrəvanın mərkəzində, hökumət idarələri ilə bir məhəllədə ən şərəfli yer ayırıb. Qafan və digər şəhərlərin mərkəzində nasistlərin heykəlləri ucaldılıb. Qaregin Njdenin adına dövlət mükafatı var, xüsusi pul hazırlanıb”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusyialı tarixçi Oleq Kuznetsov bildirib.

O.Kuznetsov deyib ki, Avropada nasizm qanunla qadağandır: “Amma yeganə dövlətdir ki, Ermənistanda nasizm dövlətin ideologiyasına çevrilib. Ermənistanda əsasını irqçilik təşkil edən ideologiya təbliğ olunur. Ermənistandakı mövcud nasizm ilk növbədə Avropa üçün böyük problemdir, çünki Avropa məhz nasizmdən böyük əziyyət çəkib. Qafqaz, Ermənistan da siyasi Avropanın bir hissəsidir. Biz bu xəstəliyə qarşı birgə mübarizə aparmalıyıq, Ermənistanda bu xəstəlik yayılır. Ermənistanda hakimiyyətdə kimin olmasından olmayaraq, nasizm ideologiyasının aradan qaldırılmasına çalışmalıyıq. “Hər şey ermənilər üçündür” şüarı nasizm ideologiyasıdır. Biz bu nasizmə qarşı mübarizə deyil, müharibə aparmalıyıq. Nasistləri heç bir başqa üsulla insani dəyələrə hörmətlə yanaşmağa məcbur etmək mümkün deyil”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR