Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək
  • SİYASƏT

  • 11:58 29 Avqust 2021

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən ONA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim  tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°  isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  25-30° isti olacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR