• SİYASƏT

    11:22 2 noyabr 2022

Sabah Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyasının növbəti iclasının vaxtı dəqiqləşib.

APA Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyana istinadən xəbər verir ki, iclas sabah Brüsseldə keçiriləcək.

İclasda Ermənistanı Paşinyanın müavini Mqer Qriqoryan, Azərbaycanı isə Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR