Sabah prezident seçkilərinin yekunlarına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək
ONA xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.
Məlumata görə, bu il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.