• SİYASƏT

    11:28 6 dekabr 2019

Sabah MSK-nın növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçiriləcək

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

ONA-nın xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR