• SİYASƏT

    18:02 14 mart 2019

Sabiq baş nazir: "Pakistan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində ilk gündən dəstəkləyir"

"Pakistan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində ilk gündən dəstəkləyir".

ONA xəbər verir ki, bunu Pakistanın sabiq baş naziri və iqtisadiyyat naziri Şövkət Əziz deyib.

Onun sözlərinə görə, Pakistan Azərbaycanın mövqeyini haqlı hesab edir və münaqişənin sülh yolu ilə həllini istəyir. Azərbaycana artıq beşinci dəfə səfər etdiyini qeyd edən Ş.Əziz Azərbaycanın dost ölkə olduğunu deyib. O, əlavə edib ki, Bakı Humanitar Forumu müxtəlif ölkələrdən olan insanları dünya üçün əhəmiyyət kəsb edən mövzuları müzakirə etmək məqsədilə bir araya toplayıb.

Sabiq baş nazir həmçinin Pakistan-Hindistan arasında son zamanlar yaşanan gərginliyə də toxunub. Onun sözlərinə görə, Pakistan fikir ayrılıqlarının hərbi yolla həllində maraqlı deyil: "Baş nazir İmran Xanın Hindistan pilotunu azadlığa buraxmasını misal çəkə bilərəm".

Rəna

Teqlər:

SON XƏBƏRLƏR