• SİYASƏT

    14:34 5 aprel 2019

Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinə yeni başçı təyin olunub

Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamlarla Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Novruz Nəcəf oğlu Novruzov isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR