"Biz dalğavari prosesin ikinci mərhələsində azalmanı müşahidə edirik”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, hazırda vaksinasiya prosesi önəmlidir: “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir. Biz bir neçə mərhələdən ibarət yumşalma prosesinə start veririk”.
Ş. Mövsümov onu da vurğulayıb ki, Azərbaycan artıq ərazi bütövlüyünü bərpa etmiş bir ölkədir: "Dünən bütün ölkə ictimaiyyəti Prezident İlham Əliyevin Şuşa səfərini izləyirdi. Artıq bizim əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Ancaq digər cəbhədə də mübarizəmiz davam edir. Bu, bütün dünyanın mübarizə apardığı koronavirusdur”.