• SİYASƏT

    16:15 7 may 2019

Səbail rayonunda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün Nizami Kino Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov deyib ki, bu gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür, Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir.

V. Zeynalov qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi: "O, öz həyatını doğma xalqına həsr edib, xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib".

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə danışıb.

Sonra müasir Heydər Əliyev və Zərifə Əliyevanın həyat yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR