Prezident İlham Əliyev Sədaqət Məmmədyar qızı Qəhrəmanovanın 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədyar qızı Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, S.Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir. Sabah onun 70 yaşı tamam olur.