“Almaniya Azərbaycan və Aİ arasında imzalanacaq sazişə dair danışıqları dəstəkləyir”.
ONA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında bildirib.
“Biz ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq. Bu saziş imzalandıqdan sonra Azərbaycan və Aİ arasında əlaqələrin daha da inkişafına təkan veriləcək”,- deyə səfir bildirib.