• SİYASƏT

    20:01 5 mart 2019

Səfir: "Bolqarıstan Azərbaycanı CQD layihəsinin həyata keçirilməsində aparıcı qüvvə kimi tanıyır"

Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində aparıcı qüvvə kimi tanıyır, tək Bolqarıstan üçün deyil, bütün Avropaya təbii qaz mənbələri və marşrutlarının diversifikasiyası baxımından əhəmiyyətli tərəfdaş hesab edir.

ONA-nın məlumatına görə, bu sözləri Bolqarıstanın müstəqillik günü münasibətilə keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

O bildirib ki, Azərbaycanla Bolqarıstan arasında yaxın dostluq əlaqələri mövcuddur, iki ölkə arasında yüksək səviyyəli dialoq aparılır: “Azərbaycan və Bolqarıstan arasında enerji və kənd təsərrüfatı sektorunda əməkdaşlıq sıx şəkildə inkişaf edir. Bolqarıstan 2020-ci ildən etibarən Şahdəniz 2 layihəsindən hər il 1 milyard kub metr qaz almaq üçün artıq müqavilə imzalayıb. Tərəflər enerji sektorunda əlaqələri möhkəmləndirmək üçün digər imkanlar üzərində də çalışır. Ölkələr arasında ikitərəfli əlaqələrin iqtisadiyyat, ticarət, nəqliyyat, malların daşınması, turizm, əczaçılıq, elm və texnologiya, təhsil və digər sahələrdə inkişaf potensialını artırmaq üçün böyük səylər göstərilir”.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq strateji xarakteri daşıyır və iki ölkə arasında 55-dən artıq sənəd imzalanıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR