Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə videomüraciət yayımlayıb.
APA-nın xəbərinə görə, səfir Azərbaycan dilində yaydığı videomüraciətdə Azərbaycan xalqını 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
“18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Böyük Britaniya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və ona firavanlıq arzulayır”, - deyə səfir videomüraciətdə qeyd edib.