“Əminəm ki, bir gün Fələstin və Azərbaycanın işğal olunmuş torpaqları özlərinə qaytarılacaq.
ONA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Qüds günü ilə bağlı təşkil olunmuş iftar süfrəsində deyib.
O bildirib ki, heç bir müsəlman ölkəsi işğal altında qalmamalıdır: "Müsəlmanlar buna imkan verməyəcək. Bir gün gələcək ki, bir qarış müsəlman torpağı işğal altında olmayacaq".