• SİYASƏT

    11:51 24 yanvar 2020

Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”

“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunan razılaşmaya İsrail tərəfi də hörmət edəcək”, - deyə C. Dik vurğulayıb.

Səfir onu da deyib ki, İsrail Xarici İşlər Nazirliyi tərəfindən ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edilməyib. Əksinə XİN onları Azərbaycana səfər etməyə çağırır.

Səfirin sözlərinə görə, İsrail XİN bəzi hallarda bir sıra ölkələrdə yaşayan vətəndaşlarına xəbərdarlıq edir ki, bu, daha çox təhlükəsizliklə bağlı olur.

“Azərbaycan cənubda İranla sərhəddir. İran İsraili məhv etməyə dair çağırışlar edir. İsrail XİN isə bu barədə vətəndaşlarımızı məlumatlandırır”, - deyə səfir vurğulayıb.

C. Dik qeyd edib ki, İsrail Azərbaycanın İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizədə verdiyi töhfəni yüksək dəyərləndirir: “İsrail və Azərbaycan dünyanın şiddətdən, terrorizmdən azad bir yer olması ilə bağlı fikirdə həmrəydir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR